Rəngi ilə hamını çaşdıran paltarın istehsalçısı danışdı-VİDEO
28.02.2015 893 0.0 0

Dünən Twitter sosial şəbəkəsində yayılaraq hər kəsin marağına səbəb olan paltarın istehsalçısınin vıdeo görüntüləri yayılıb.

Paltar markasının dizayn  direktoru Maykl Bastok paltarı geyərək sualları cavablandırıb. Bastok, ağ və qızıl rəngli bir paltar istehsal etmədiklərini istehsal etdikləri  paltarın qara və mavi olduğunu bildirib.

Bastock mövzuyla əlaqədar "Bu möhtəşəm bir sürpriz bu paltarı biz istehsal etdik. Ekrana ilk baxdığınızda ya fil sümüyü və qızıl ya da gerçək rəngi olan mavi və qara rəngi görürük. Bu möhtəşəm sirr kimi bir şey" deyə bildirib.

Məlumat üçün bildirək ki, dünən bu paltarın şəkillərini 21 yaşlı şotland müğənni Caitlin McNeill tərəfindən paylaşılıb. Foto böyük marağa səbəb olub, sosial şəbəkələrdə bu paltarın fotosuna minlərlə şərh yazılıb.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar