Rəcəb Tayyib Ərdoğan: ABŞ-la razılıq əldə etmişik
19.10.2016 1035 0.0 0

"2016-cı ildə 1923-cü ilin psixologiyası ilə hərəkət edə bilmərik. Ərazi baxımdan 20 milyon kvadrat kilometrdən 780 min kvadrat kilometrə düşdük. Biz o tarixdəki mövqeyimizi qorumaq xatirinə qorumamalıyıq".
"Haber7"yə istinadən xəbər verilir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli icra hakimiyyəti başçılarının 28-ci toplantısında bildirib.
"Osmanlı elə bir dövlət idi ki, o nəhəngin çökməsi millətin üzərində dərin maddi və mənəvi yük oldu. 1914-cü ildə 2,5 milyon kv.km-lik ərazimiz 9 il sonra 780 min kv.km-ə düşdü. Qurtuluş savaşına gedəndə hədəf Misak-i Miliyə sahib cıxmaq idi...
Təqlidçi bir insan deyil, araşdıran, sorğulayan bir gənclik istəyirik. Mən gəncliyimizi eşşək arısı kimi deyil, bal arısı kimi görmək istəyirəm. Qoy, bal hasil etsin və bütün insanlıq ondan yararlansın", - deyə Türkiyə prezidenti bölgədə baş verən hadisələrə münasibət bildirərkən vurğulayıb.
R.T.Ərdoğan Türkiyə hərbçilərinin Mosulun azad olunması əməliyyatlında iştirak edəcəyini söyləyib: "Hava əməliyyatında iştirak etmək üçün ABŞ-la razılıq əldə olunub. Başqa məsələlərlə bağlı da irəliləyişə nail olacağıq".
Türkiyə prezidenti rusiyalı həmkarı Vladimir Putinlə Suriyanın Hələb şəhərindəki vəziyyəti müzakirə etdiyinin də söyləyib.
Qeyd edək ki, Misak-i Milli indiki türkcədə milli and deməkdir. 1920-ci ildə türk qurtuluş savaşının siyasi manifesti olan Misak-ı Milli 6 maddədən ibarət bildirişdir. Bu sənəd 1920-ci il yanvarın 28-də Mustafa Kamal Atatürk tərəfindən hazırlanan bir sənəddir./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar