Qüsl alarkən saçı yumamağa icazə verilirmi?
28.08.2016 1561 0.0 0

Qüsl alan zaman bütün bədən tamamilə islanmalıdır.

 

islam.az-a istinadən bildirilir ki, bədəndə iynə ucu boyda da quru yer qalmamalıdır. Saç da baş və boyunla birlikdə yuyulur. Xüsusilə, saçı yuyarkən diqqətli olmaq lazımdır ki, bütün tellər ucuna kimi islansın. "Saçım uzundur, gec quruyur, hava soyuqdur" kimi bəhanələrlə qüsl zamanı saçı yumamağa şəriət icazə vermir. İnsan qüsl alırsa, mütləq saçını da islatmalıdır. Əgər saçını islatmamaq üçün şəriətin qəbul etdiyi səbəbi varsa, gərək qüsl əvəzinə təyəmmüm edib ibadətlərini yerinə yetirsin, üzrü aradan qalxandan sonra qüsl alsın./day.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar