Qurban Qurbanov: `Linfild`lə qarşılaşmaya yaxşı hazırlaşmışıq
22.08.2019 549 0.0 0

"Açıqlamalardan hiss olunur ki, rəqib olduqca istəklidir. Oyunlarına baxmış, analiz etmişik. Qarşılaşmaya yaxşı hazırlaşmışıq".

Məlumata görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Şimali İrlandiyada "Linfild"ə qarşı keçirəcəkləri Avropa Liqasının "pley-off" mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis meydanda ən yaxşısını və düzgün olanı etməyə çalışacaqlarını bildirib. Qurbanov itkilərdən də bəhs edib: "Rahil Məmmədovla Riçard Almeyda cəzalı durumda olduğu üçün bəllidir ki, oyunu buraxacaqlar. Bədavi Hüseynov isə bir müddətdir ki, zədəlidir. Ailton Silva və Maksim Medvedev son məşqlərdə problem yaşadı və onlarla bağlı konkret qərar veriləcək. Onların müayinəsindən və həkimlərin məsləhətindən sonra son duruma aydınlıq gələcək".

Qeyd edək ki, iyulun 22-də Belfastdakı “Windsor Park”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də keçiriləcək./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar