Quba-Xınalıq yolunda ağır avtomobil qəzası baş verib
07.10.2016 530 0.0 0

Qubada bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, hadisə gecə saatlarında Quba-Xınalıq yolunun 55 km-də qeydə alınıb. Xınalıq kənd sakini, 48 yaşlı Bağırov Məmmədqasım Xəlil oğlunun idarə etdiyi 10 JL 382 dövlət nömrə nişanlı “Niva” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Nəticədə sürücü Məmmədqasım Bağırov aldığı xəsarətdən hadisə yerində ölüb.

 

Hazırda kənd sakinləri Məmmədqasım Bağırovun meyitinin dərədən çıxarmağa çalışılarr. Hadisə ilə əlaqədar müvafiq dövlət orqanları məlumatlandırılıb.

 

İlkin məlumata görə sürücü avtomobili sərxoş vəziyyətdə idarə edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar