Qrenlandiya kitləri cütləşəndə caz oxuyur - VİDEO
05.04.2018 1102 5.0 0

Vaşinqton universitetinin alimləri kitlər üzərində yeni tədqiqat aparıblar.

 

Məlumata görə, araşdırma zamanı məlum olub ki, Qrenlandiya kitləri cütləşmə dövründə 100-dən çox müxtəlif mahnı oxuyurlar və bu mahnılar strukturuna görə caza bənzəyir.

 

Kitlər qarşı tərəfi cəlb etmək üçün mahnı oxuyurlar. Kitlərin nikah dövrü payızda başlayıb yazın əvvəllərində başa çatır. Tədqiqatçılar bildirirlər ki, kitlər noyabrdan aprelə qədər sutka boyu mahnı oxuyurlar.

 

“Onların repertuarı çox genişdir. Biz 180-dən çox mahnı yazmışıq”, - deyə okeanoqraf Keyt Stefford bildirib.

Stefford qeyd edib ki, donqar kitlərin oxuduğu mahnı isə klassik musiqiyə bənzəyir.

Alimlər əlavə ediblər ki, illər keçdikcə Qrenlandiya kitlərinin repertuarı dəyişib. Hazırda qrup bunu araşdırır. Qeyd edək ki, dünyada Qrenlandiya kitlərinins ayı 10 mindir./olke.az/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar