Qorxunc SSENARİ: Türkiyə dağıdılacaq, milyonlar öldürüləcəkdi və... – ŞOK FAKTLAR
06.08.2016 1382 0.0 0

“15 iyul gecəsi Kobanidən PKK Türkiyəyə müdaxilə edəcək və bəzi əraziləri işğal edəcəkdi”.

 

Məlumata görə, bu barədə Türkiyənin qida, əkinçilik və heyvandarlıq naziri Faruk Çelik 15 iyul dövlət çevrilişinə cəhd haqda danışarkən deyib.

 

O, detalları açıqlamayacağını bildirib, lakin qeyd edib ki, çevrilişin arxasında dayananlar buna cavab verməlidirlər.

 

“Çevriliş edənlərin məqsədi Türkiyədə xaos yaratmaq idi. Bəzi açıqlamaları gözləyirik. 15 iyul gecəsi Kobanidə hansı hazırlıq görüldü? O gecə Kobanidən kimlər Türkiyəyə girəcəkdi? Nə edəcəkdilər, hansı əraziləri işğal edəcəkdilər, neçə milyon vətəndaşımızı öldürəcəkdilər?  Cənub sərhədlərimizdə ciddi hazırlıq aparıldığına dair məlumatlar var. Sərhədlərimizdə nəyi elan etməyi planlaşdırırdılar? Kiprdən kimlər gəlmişdi və kimlərlə təmas qurmuşdular? Biz bunları araşdırırıq və ortaya çıxaracağıq. Amma müttəfiqlərimiz də buna cavab verməlidir”, - deyə türkiyəli nazir bildirib./publika.az/


Digər xəbərlər:
Şərhlər
avatar