Qogenin əsəri Fransada 9,5 milyon avroya satılıb
04.12.2019 595 0.0 0

Fransiz sənətkarı Pol Qogenin "Te Bourao" (Yoğun ağac) rəsm əsəri Parisin "Artcurial" xərracında 9,5 milyon avroya satılıb.

Məlumata görə, satılış qabağı dəyər olaraq əsərə 5-7 milyon avro qiymət qoyulub. Xərrac evinin səzlərinə görə, rəsm beynəlxalq kolleksioner tərəfindən alınıb və Fransada qalacaq.

73-ün 92 santimetrə ölçüsündə olan rəsm 1897-ci ildə çəkilib. Bu, Taiti-də yaradılan və 1898-ci ildə rəssamın sərgisinə Parisə göndərilən Qogen yaradıcılığının böyük dövrünə aiddir və həmən dövrdən şəxsi kolleksiyalarda qalan yeganə əsər idi. Daha 8 eyni dövrə aid rəsmlər isə dünyanın müxtəlif muzeylərində yerləşdirilib.

Pol Qogen postimpressionizmin nəhəng nümayələrindən olan Fransız rəssamı və heykəltaraşıdır. O bir sıra əsərlərini Taitidə yaşadığı zaman qələmə almışdır./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar