Qocalmanı gecikdirən, qırışları yox edən MÖCÜZƏVİ YAĞ
30.01.2018 997 0.0 0

Son zamanlar saç baxımında çox istifadə edilən arqan yağı həm də bir çox xəstəliyin müalicəsində də yararlı sayılır.  

Hər zaman yaşıl qalan arqan ağacları 152-450 il arası yaşayır, boyları 10 metrə qədər uzana bilir. Arqan yağı bu ağacın fındıq boyda meyvələrindən əldə olunur.

 

Qocalma prosesini gecikdirən arqan yağının bu xüsusiyyəti tərkibində olan E vitamini ilə əlaqələndirilir. Qazeta.info Ailem.az-a əsasən arqan yağının faydalarını sadalayır:

 

- Qanda xolesterol və triqliserid səviyyəsini aşağı salır.

 

- Ürək-damar xəstəliklərini və xərçəng riskini azaldır.

 

- Revmatizm ağrılarını götürür.

 

- Hamiləlikdə yaranan qarın çatlarının qarşısını alır.

 

- Döş sallanmasını və boyun qırışlarını yox edir.

 

- Saçları nəmləndirir.

 

- Sədəf, eqzema kimi dəridə qızartı, səpmə, qaşıntı ilə müşahidə olunan dəri problemlərinə qarşı nəmləndirici və sakitləşdirici olaraq istifadə edilir.

 

- Yaraların tez sağalmasına kömək edir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar