Qiymət artıranlar cəzalandı
02.03.2015 689 0.0 0

Qazeta.info bildirir ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında aparılan yoxlamalar zamanı bəzi ticarət obyektlərində qanun pozuntuları aşkarlanıb.
Belə ki, Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsi, ev 36, mənzil 5 ünvanında İradə Ağayevaya məxsus "Ümid" marketdə və Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 43, mənzil 17 ünvanında Nazim Sadıqova məxsus "Çinar" marketdə aparılan yoxlamalar zamanı satışda olan malların yarlığında göstərilən qiymətlərlə, həmin malların nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərq yaratmaqla əsassız qiymət artımına yol verildiyi aşkarlanmış, bununla da istehlakçıların qiymətdə aldadıldığı müəyyən edilmişdir.
Əsassız qiymət artımına yol vermiş şəxslər barədə qanunvericiliyə uyğun ciddi tədbirlər görülüb.

Bundan başqa, Nazirliyin məlumatına görə, İstehlak bazarında süni qıtlıq yaratmaq məqsədilə məhsulların dövriyyədən çıxarılmasının və əsassız qiymət artımının, istehlakçıların qiymətdə və çəkidə aldadılmasının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən nəzarət tədbirləri davam etdirilir.
Belə ki, Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 103, 2380-cı məhəllə ünvanında fiziki şəxs İsa Əliyevə məxsus "Şokmart" marketdə aparılan yoxlama zamanı satışda olan malların yarlığında göstərilən qiymətlərlə, həmin malların nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərqlərin olduğu, bununla da əsassız qiymət artımına yol verilməklə istehlakçıların qiymətdə aldadıldığı aşkar edilmişdir.

Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülür.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar