Qeyri-nüvə müharibəsində Rusiyanı... - NATO-ya alternativ Avropa ordusu
19.01.2017 1255 0.0 0

Fransanın baş naziri Bernar Kaznevin Avropanın müdafiəsi üçün müstəqil sistemin yaradılması barədə bəyanatı NATO-nu “köhnələn struktur” adlanan ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa cavab oldu.

Xarici KİV-ə istinadən xəbər verilir ki, baş nazir Avropa investisiyaları ilə Avropanın müdafiə sisteminin yaradılmalı olduğunu deyib.

Fransanın mövqeyi tamamilə aydındır. Qərbi avropa ölkələrinin əksəriyyəti üçün ittifaqa üzvlük adət edilmiş və “təbii” haldır. Paris 43 illik fasilədən sonra 2009-cu ildə NATO-ya qayıdıb. Fransa üçün xarici təhlükələr hətta nəzəri olaraq mövcud deyil. Ölkənin geosiyasi maraqları əsasən Afrikada cəmlənib. Qitə ittifaqın məsuliyyət zonasından kənardır.

Bundan başqa, Fransa nüvə silahı da daxil olmaqla silahların bütün spektrini istehsal edən tək Avropa İttifaqı ölkəsidir. Fransız nüvə kompleksi texnoloji baxımdan ABŞ-dakı texnologiyadan da yüksək inkişaf edib. Başqa sözlə, Paris NATO-ya ehtiyac duymur.

Parisin planları Avropa İttifaqının qalan üzvləri tərəfindən nə dərəcədə dəstəklənə bilər? Birincisi, nəzərə almaq lazımdır ki, borc böhranlarında batan Avropa ölkələri hərbi xərclərin artırılması barədə Vaşinqtonun tələbini yerinə yetirə bilmirlər. İtaliya və İspaniya üçün lazım olan əlavə vəsait müvafiq olaraq 20 və 15 milyard dollar təşkil edir. Bu ölkələrdə göstərilən vəsait sadəcə olaraq yoxdur. Maliyyə kollapsına baxmayaraq, Yunanıstan hərbi xərclərin yüksək səviyyəsini dəstəkləyir. Afinanın hərbi xərcləri bir başqa NATO ölkəsi olan Türkiyədən müdafiəyə yönəldilib.

Almaniya üçün bu məsələnin qiyməti 31, Niderland üçün 7,5, Belçika üçün isə 5,5 milyard dollar təşkil edir. Bu məbləğ çoxdur, amma müvəffəqiyyətli iqtisadiyyatlar baxımından gücçatan məbləğdir. Bundan başqa, almanlar xarici təhlükə amilini ciddi olaraq qəbul edirlər.

NATO-nun əvəzində potensial olaraq yeni blok mümkündür. Ancaq tamamilə ehtimal edilir ki, Avropa qitəsində iki paralel hərbi struktur yaransın. Bu halda alman şimalı və latın cənubu arasında ənənəvi parçalanma yenidən yarana bilər.

Yeni sistemin potensialı nə ola bilər? Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə Avropanın NATO-dakı üzvlərinin ordularının ümumi sayı 1,2 milyon insanı keçir. Amerika hərbi maşınının nəhəng “kölgəsi”ndə görünə bilər, amma fakt ondan ibarətdir ki, qeyri-nüvə müharibəsində Rusiya üçün təhlükə yaratmağa qadirdir.

2013-cü ilə olan məlumata görə, Fransa 360 nüvə döyüş sursatına malikdir. Atom sualtı gəmiləri (onlardan 4-ü stratejidir) 9 min kilometrə qədər hədəfləri vura bilən raketlərlə silahlıdır.

Fransanın donanmasının ümumi tonnajı təxminən Rusiyaya bərabərdir. İspaniya və Niderland da böyük donanmalara malikdir. Başqa sözlə, NATO-nun dağılması ilə Rusiya qərb sərhədlərində hərbi boşluğun yaranacağını gözləmək lazım deyil./Publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar