Qeyri-müəyyən vəziyyət nefti ucuzlaşdırır
23.11.2016 598 0.0 0

Azərbaycan nefti bahalaşıb.

 

Qazeta.info APA-ya istinadla xəbər verir ki, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,05 dollar və ya 0,1% artaraq 49,69 dollar təşkil edib.

 

Dünya birjalarında neft yenidən ucuzlaşıb.

 

Məlumata görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,15 dollar azalaraq 47,88 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,15 dollar azalaraq 48,97 dollar olub.

 

Neftin ucuzlaşmasına OPEC ölkələrinin görüşü öncəsi hasilatın dondurulması ilə bağlı qeyri-müəyyən vəziyyətin yaranması səbəb olub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar