Qazaxıstandan KTMT qüvvələrinin çıxarılmasına başlanılacaq - Tokayev
12.01.2022 291 0.0 0

Sabah Qazaxıstandan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin mütəşəkkil çıxarılması başlanılacaq.

Məlumata görə, bunu bu gün Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Almatı şəhərində operativ qərargahın iclasında deyib.

"Mənim müvafiq dövlətlərin rəhbərləri ilə danışıqlarım olub. Fürsətdən istifadə edərək mən bu bir neçə gün ərzində görülən işlərə görə sülhməramlı kontingentin komandanlığıa təşəkkürüm bildirmək istəyirəm. KTMT sülhməramlı kontingentinin Qazaxıstanda, o cümlədən Almatıda olması vəziyyətin sabitləşməsində böyük rol oynadı və terrorçuların təcavüzünün qarşısının alınmasında böyük psixoloji əhəmiyyətə malik oldu. Bu missiyanin fəaliyyəti uğurlu qiymətləndirilir", - deyə K.Tokayev bildirib./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar