Qazaxıstanda öldürülən terrorçuların sayı 13 nəfərə çatıb
07.06.2016 455 0.0 0

Qazaxıstanın Aktobe şəhərində baş vermiş terror hücumları zamanı öldürülən ekstremistlərin sayı 13 nəfərə çatıb.
 
“RİA Novosti”yə istinadən verilən  məlumata görə, bunu Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat katibi Almas Saudabayev deyib. O bildirib ki, daha 4 ekstremist yaralanıb, 7 nəfər isə axtarışdadır: “Ölkənin daxili işlər orqanlarının bütün şəxsi heyəti gücləndirilmiş iş rejimində çalışır. Şəhərdə və ümumilikdə respublika ərazisində vəziyyət stabil və nəzarət altındadır”.
 
Xatırladaq ki, iyunun 5-də Aktobe şəhərində 2 silah mağazasına və hərbi hissəyə hücum edilib. Atışma zamanı 3 nəfər dinc sakin və 3 hərbçi həlak olub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar