Qazaxıstan şirkətinin Qarabağda qanunsuz fəliyyəti aşkarlandı-Fotolar
21.01.2015 928 0.0 0
Azərbaycan XİN-in sözçüsü: “Məsələnin araşdırılması və lazımi tədbirlərin görülməsi üçün Azərbaycanın Qazaxıstandakı səfirliyinə təlimat verilib”

 

 Daha bir MDB ölkəsinin Azərbaycanın işğal olunmuş ərazisinə qanunsuz mobil zənglər həyata keçirdiyi bəlli olub.Xəbərə görə, Qazaxıstanın “Kazaxtelekom” şirkətinin törəmə müəssisəsi olan “Altel” mobil operatorunun saytında işğal altındakı Dağlıq Qarabağda yaradılmış “Karabakh Telecom” şirkəti Ermənistanın mobil operatoru kimi göstərilib. Məlumat şirkətin həyata keçirdiyi rouminq xidmətləri bölməsində zənglərin reallaşdırıldığı ölkələrin siyahısında qeyd olunub. (http://www.altel.kz/upload/rouming-partnery_sayt.xls.pdf)

 

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev verdiyi  açıqlamada bildirib ki, məsələnin araşdırılması və lazımi tədbirlərin görülməsi üçün artıq Azərbaycanın Qazaxıstandakı səfirliyinə təlimat verilib: “Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən və qeyri-qanuni şəkildə Azərbaycan Respublikasının telekommunikasiya məkanına müdaxilə edən “Qarabağ Telekom” şirkətinin bu kimi “rouminq sazişləri” XİN və diplomatik nümayəndəliklərimizin səyləri nəticəsində dünyanın bir sıra ölkələrində dayandırılıb”.

 

H. Hacıyevin sözlərinə görə, ümumiyyətlə, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimlə hər hansı bu cür əlaqələr, qeyri-qanuni iqtisadi fəaliyyət daim nazirliyin və diplomatik nümayəndəliklərin gündəliyindədir.//APA

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar