Qazaxıstan prezidentinin Azərbaycana səfərinin tarixi açıqlanıb
22.09.2016 482 0.0 0

 Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu il oktyabrın 12-də Azərbaycana səfər edəcək.
"Report" KazTAQ-a istinadən xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev sentyabrın 22-də Astanada Qazaxıstan-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın 13-cü iclasında bildirib. 
Nazir Azərbaycan ilə Qazaxıstan prezidentlərinin qardaşlıq münasibətindən danışıb: "Bu iki müstəqil dövlətin bütün siyasi, iqtisadi və dostluq münasibətləri iki dayaq üzərindədir". 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar