Qarğışdan əvvəl Gülənə dərman içirdilər -VİDEO
16.03.2015 665 0.0 0

Türkiyənin tanınmış jurnalist – yazıçısı, illərlə Fətullah Gülən qrupuna aid “Zaman” qəzetində fəaliyyət göstərmiş Hüseyn Gülerce maraqlı iddialarla çıxış edib.

Məlumata görə, Gülerce “qarğış seansından” əvvəl Fətullah Gülənə dərman içirilməsi ehtimalından danışıb. 

“Gülən hərəkatında nifrətin ölçüsü “Türkiyə yanarsa yansın” həddinə çatıb. Bu nifrəti körükləyən Fətullah Gülənin özüdür. Hər şey “qarğış seansı” ilə başladı. Həmin vaxt Gülənə dərman içirildiyini deyənlər də var”. 

Bu cür hərəkətlərin din alimi kimi qəbul olunan bir insana yaraşmadığını deyən Gülerce ölkənin seçilmiş prezidentinə, seçilmiş baş nazirinə belə ifadələrlə müraciət etməyin doğru olmadığını deyib:

“Sağ olsun. Fətullah Gülən də heç fasilə vermir. Yenə də üç gün əvvəl xalqın qarşısında “oğruyam de”, “harama əl uzatdım de”... Allah eşqinə heç yaraşırmı? Din alimi kimi tanınan bir insana Türkiyənin seçilmiş bir prezidenti üçün, baş naziri üçün bu cür ifadələr işlətmək... Mən belə kəskin reaksiya verirəm, ətrafında olan bəzi şəxslər, onu nəzərdə tutmur – deyirlər. O zaman daha da pis olursunuz. Edib, edib etmədik demək, deyib, deyib demədik demək, onu demək istəmədik... Bu insan fikrinə də təhqirdir. Firovun deyirsən, Nəmrud deyirsən, Süfyan deyirsən, Yezid deyirsən. Demədiyin söz qalmadı”. /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar