Qardaş qardaşı bıçaqladı
03.11.2015 457 0.0 0

Bu gecə Bakının Xətai rayonunda qardaş qardaşı bıçaqlayıb.
Məlumata görə, hadisə Zığ qəsəbəsinin Naximov küçəsində baş verib. 35 yaşlı Rövşən Lətif oğlu Məmmədovla qardaşı Əvəz Məmmədov arasında mübahisə yaranıb. Mübahisə zamanı Əvəz Məmmədov sərxoş vəziyyətdə olan qardaşına bıçaqla bir neçə zərbə endirib. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Rövşən Məmmədov dərhal əməliyyat olunub.
 
Hadisə barədə Xətai Rayon Polis İdarəsinə məlumat verilib. Qardaşını bıçaqlayan Əvəz Məmmədov saxlanılıb. Hadisənin səbəbləri araşdırılır.
 
 
Faktla əlaqədar cinayət işi başlanılıb./apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar