«Qarabağda müharibənin başlaması...» – Rusiyadan mesaj
15.03.2016 2679 0.0 0

“Rusiya-Türkiyə qarşıdurması çərçivəsində Bakının mövqeyi Moskva üçün strateji əhəmiyyətə malikdir”.
 

Qazeta.info Publika.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı politoloq Qroqori Trofimçuk deyib.
 

Onun sözlərinə görə, Cənubi Qafqaz və Xəzər regionunda baş verən proseslərdə Azərbaycan amili vacibdir: “Azərbaycanla bağlı Rusiya və Qərbin öz planı var. Qərb Bakı-Moskva münasibətlərinin zəifləməsini, Rusiya isə ən azından indiki vəziyyətdə qalmasını istəyir. Lakin Türkiyə və Azərbaycanın hərbi təyyarələrinin birgə təlimi göstərdi ki, Bakının öz seçdiyi xətti var”.
 

Q. Trofimçuk qeyd edib ki, regionda yaranmış geosiyasi proseslər fonunda Dağlıq Qarabağ münaqişəsi ikinci, yaxud üçüncü plana düşüb.
 

“İndiki halda həm Qərb, həm də Rusiya regionda vəziyyətin nəzarətdən çıxmasına qarşıdır. Qərb Rusiya enerjisinə qarşı Azərbaycan xammalına ehtiyac duyur. Bu baxımdan, istənilən müharibənin baş verməsi praktiki olaraq bu planları alt-üst edir”, - deyə politoloq bildirib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar