Qarabağ qazisi İlham Zəkiyev qızıl medal qazandı - VİDEO
26.06.2015 873 0.0 0
Bu gün Bakı-2015 Avropa Oyunlarında paracüdoçular mübarizəyə qoşulublar.

 

Qazeta.info Apasport.az saytının məlumatına əsasən bildirir ki, yığmamızın lideri İlham Zəkiyev (+90 kq) Avropa Oyunlarına yarımfinaldan start verib. Paralimpiya Oyunlarının qalibi, Bakı-2015-in məşəlçisi finala gedən yolda Klimis Papaçristosla  güləşib. Zəkiyev mərhələ adlamağa cəmi 27 saniyə sərf edib. "Neftçi İdman Klubu"nun üzvü ipponla qalib gələrək, finalda iştirak hüququ qazanıb. O, qızıl medal uğrunda  Aleksandr Pominovu məğlub edib. 

 

Bundan əvvəl bu çəki dərəcəsində tatamiyə çıxan digər paracüdoçumuz Zakir Mislimov 3-cü yer üçün Zəkiyevin məğlub etdiyi Papaçristosu sınağa çəkib. Mislimov  döyüşünü ipponla bitirib və bürünc medal qazanıb.

 

Mükafatlandırma mərasimində iştirak edən ölkə başçısı həm ona, həm də bu çəkidə bürünc mükafata sahib çıxan digər idmançımız Zakir Mislimova medalı təqdim edib.

 

Mükafatlandırma mərasimi zamanı Azərbaycan prezidenti İlham Zəkiyevlə birlikdə ən yüksək pillə olan fəxri kürsüyə qalxıb. 

 

Daha sonra himnimizin sədaları altında dövlət bayrağımız dalğalanıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar