Qar Leriki iflic etdi
26.10.2016 697 0.0 0

 Lerik rayonunda qeyri-sabit hava şəraiti davam edir. 
 
Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun verdiyi məlumata görə, qarın qalınlığı rayon mərkəzində 20-25, ucqar yaşayış məntəqələrində isə 40-50 sm təşkil edir. 
 
Qarın ağırlığından bəzi yerlərdə elektrik xətləri qırılıb, nəticədə rayonun 50-dək yaşayış məntəqəsi işıqsız qalıb. Kəndlərarası yollarda nəqliyyatın hərəkəti qismən məhdudlaşsa da, Lənkəran-Lerik şosesi açıqdır. 
 
Rayonun müvafiq qurumları fəsadların aradan qaldırılmasına cəlb olunub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar