Qaqarinin ölümünün ƏSL SƏBƏBİ - Təfərrüatlar məlum olub
28.03.2018 1428 0.0 0

Sovet kosmonavtı Yuri Qaqarinin ölümünün təfərrüatları məlum olub.

Məlumata görə, Y.Qaqarinin həlak olduğu qəzanı araşdıran komissiyanın rəyinə görə, qəzaya dispetçerin səhvi səbəb olub.

Qeyd olunur ki, təlimatçı Vladimir Seryoginlə birgə uçuş keçirən Yuri Qaqarin tapşırığın birini yerinə yetirdikdən sonra kursun dəyişməsi üçün icazə istəyib.

Dispetçerin icazəsindən sonra Y.Qaqarinin təyyarəsi qismən aşağı enərək hədəflə toqquşub.

 

Araşdırma nəticəsində məlum olub ki, dispetçer icazə verdikdən sonra “Eniş etmədən” ifadəsini işlətməli idi.

Komandanın düzgün verilməməsi nəticəsində təyyarə qəzaya uğrayıb.

Qeyd edək ki, dünyada ilk kosmonavt olmuş Yuri Qaqarin 1968-ci ilin martında həlak olub./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar