Qanuni Sultan Süleymanın orqanlarının basdırıldığı yer tapılıb
01.04.2015 733 0.0 0

1566-cı il sentyabrın 6-da Macarıstanda Ziqetvar qalasının mühasirəsi zamanı şəhid olan Osmanlı Sultanı Süleyman Qanuninin daxili orqanlarının basdırıldığı yer müəyyən edilib.

Türkiyə mətbuatına istinadən verilən məlumata əsasən, bunu Ziqetvar qalasının nümayəndəsi Yanos Lebedi deyib.

Onun sözlərinə görə, həmin yerin tapılması üçün təqribən 2 il arxeoloji qazıntılar aparılıb.

Y.Lebedi qeyd edib ki, Ziqetvar şəhəri yaxınlığında 18 yerdə qazıntı işləri aparılıb: “Artıq işlər yalnız bir yerdə cəmləşib. Həmin ərazi qaladan 7 kilometr uzaqlıqdakı üzüm bağlarıdır”./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar