QALMAQAL: Bu video bir çoxlarını şoka salacaq... (VİDEO)
13.08.2015 1647 0.0 0

Miri Yusif oğurluqda və nankorluqda ittiham olunur. İfaçını ittiham edən məşhur edən repertuarındakı hitlərin müəllifi MC Muraddır. Hazırda İstanbulda olan bəstəkar Miri Yusiflə bağlı açıqlamasını videomüraciət şəklində göndərib. 

Müraciətin hazırlanmasına səbəb Miri Yusifin türk sənətçisi Funda Ararın "Bağışla" mahnısı ilə bağlı açıqlaması olub. Onun açıqlamasının son hədd olduğunu deyən MC Murad (Quliyev) bu müraciətində bütün qaranlıq məqamlara aydınlıq gətirib. O, mahnının əslində Miri Yusif tərəfindən oğurlandığını və bunun ilk hadisə olmadığını dilə gətirib. 

MC Muradın videomüraciəti


MC Murad Miri Yusif barədə, eləcə də öz yaradıcılığı və şəxsi həyatı ilə bağlı bəzi məqamları açıqlayaraq, onu ifşa edir: 

"Mən əminəm ki, bu video bir çoxlarını təəccübləndirəcək, hətta şoka salacaq. Çünki mən bu video ilə illər boyu gizlətdiyim həqiqətləri üzə çıxaracam. Məsələ ondadır ki, Miri Yusif ötən həftə sosial şəbəkələrdə Funda Ararla bağlı xəbər dərc etdi və bu addım mənim üçün son hədd oldu. Ümumiyyətlə, Miri Yusifin bugünə qədər bir çox yalanları olub. Bu isə onun yalanlarının içində ən böyüyüdür. Bilirəm ki, sizin bir çoxlarına məlum deyil ki, Miri Yusifi sizə tanıdan, sevdirən bütün hit mahnılarının müəllifi mənəm. Sözlərinin, musiqilərinin və aranjemanlarının! Bu siyahıda "Soruş, "Adınla bağlı, "Etiraf", "Sən mənimsən", "Bir siqaret", "Səndən olmaz", "Mən heç kiməm", "Söylə", "Yoxam mən", "İki doğma insan", "Mən küləyəm" və Funda Ararın da ifa etdiyi "Bağışla". Mən bilirəm ki, Miri Yusif bütün müsahibələrində özünü bu mahnıların müəllifi kimi qeyd edib və əlinə düşdüyü hər fürsətdə mənim haqqımı danıb, yaradıcılığımı mənimsəyib. Çox az sayda insan bilir ki, bizim Miri Yusiflə münasibətlərimiz dəfələrlə pozulub və sonra yenidən bərpa olunub. Hər dəfə bizim münasibətlərimizin pozulmasının səbəbi Miri Yusifin mənə qarşı etdiyi ədalətsizliklər olub. İlk dəfə Miri Yusif mənim mahnımı oxuyub öz adına çıxaranda, müəllif kimi mənim adımı qeyd etməyəndə və hətta haqqımı ödəməyəndə mən televiziyalara, radiolara və müxtəlif informasiya agentliklərinə qaçmadım. Çünki mən çox gözəl anlayırdım ki, məni Miri Yusif qədər tanıyan yoxdur, onun qədər izləyicim yoxdur. Bu kənardan sadəcə reklam xarakterli qalmaqal kimi görünə bilərdi. Mən ilahi ədalətə arxalanaraq öz həyatımı və yaradıcılığımı davam etməyi seçdim. Bu illər ərzində mən Azərbaycanın ilk müziklini - sözləri Nizami Gəncəviyə, musiqisi və aranjemanı mənə məxsus olan "Leyli və Məcnun" müziklini yazdım. Bu layihə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə baş tutdu. Ondan əlavə, artıq 3 ildir ki, mən Heydər Əliyev Fondu ilə çalışıram. Fondun müxtəlif tədbirlərinin musiqi tərtibatı ilə məşğulam. İndi də hal-hazırda Türkiyədə Azərbaycan musiqisini təmsil edirəm. Miri Yusif və onun komandası isə əllərindən gələni etməyə çalışırlar ki, mənim Türkiyədə qazandığım yüksək səviyyəli münasibətlərə xələl gətirsinlər. 

Üzümü tuturam Miri Yusifə və tələb edirəm: əgər o, doğrudan da dediyi kimi, bu mahnıları özü yazıbsa, xalqın qarşısına çıxıb bunu sübut etsin. Mən də eyni zamanda yazdığım hər mahnının, hər notun insanlar qarşısında sübut etməyə hazıram. Mənim əlimdə konkret faktlar və arqumentlər var. Mən ümumiyyətlə, 15 yaşımdan zəhmətə alışmışam. Buna səbəb yaşadığım həyat, qarşılaşdığım çətinliklər olub. 13 yaşımda anamı itirmişəm. 4 il sonra, 17 yaşım olarkən atam dünyasını dəyişib. O vaxtdan ailəiə mən baxıram. Bugünədək əldə etdiyim bütün nəaliyyətləri yalnız öz zəhmətkeşliyim və istedadımın hesabına qazanmışam. Heç vaxt, heç kimin haqqına girməmişəm. Hal hazırda xalqa müraciət edirəm. Bilirəm ki, sizin gözünüz tərəzidir və siz əyrini düzdən seçməyi bacarırsız. Əminəm ki, bu videonu izləyən insanlar kimin doğru, kimin yalan olduğunu qəlbləri ilə hiss edəcəklər". 


MC Muradın səbr kasasının daşmasına Türkiyə mətbuatında yer alan Miri Yusif və Funda Arar qalmaqalı olub. İfaçı Funda Ararın yeni albomunda yer alan “Bağışla” mahnısının ona məxsus olduğu və mahnının icazəsiz oxuduğu üçün onu məhkəməyə verəcəyini deyib. Türkiyəli şair, mahnının sözlərini türk dilinə çevirən Günay Çoban isə mahnının sahibinin Murad Quliyev olduğunu və ondan icazə alındığını açıqlayaraq məsələnin Miri Yusifə heç bir aidiyyatı olmadığını bildirmişdi.


Funda Arar - "Bağışla"


Məsələ ilə bağlı qarşı tərəfin münasibətini öyrənmək istədik. Miri Yusif açıqlamasında, MC Muradın ittihamlarına şəxsən özü cavab vermək istəmədiyini bildirdi. "Mən bu barədə danışmaq istəmirəm. Xahiş edirəm mətbuat katibimlə əlaqə saxlayın".

Bizim bildiyimizə görə isə Miri Yusifin mətbuat katibi heç vaxt olmayıb. Bu səbəbdən də MC Muradın ittihamları hələ də cavabsız qaldı...

 


Miri Yusif - "Bağışla"


MC Murad kimi tanınan bəstəkar, şair, aranjemançı, ifaçı və çox istedadlı insan Murad Quliyevdir. Onun mahnıları daha çox toplu fəlsəfi mövzuda olması ilə seçilir. “Səndən olmaz”, “Mən küləyəm”, “Mən heç kiməm”, “Soruş” Yoxam mən”, “İki doğma insan”, "Sevdim", "Həyat çətindir" və başqa xitlərin müəllifidir. 

MC Murad müsahibələrinin birində hətta belə bir ifadə işlətmişdi: "Miri Yusif Azərbaycan musiqisinə bəxş etdiyim töhfədir”. 

MC Muradın yazdığı mahnıları ilə populyarlaşan və sevilən Miri Yusif yaradıcılığın bu dövrünədək adi bir repçi kimi tanınırdı. Musiqiçi Miri Yusifin “Karma”, “Karvan” albomunun və bu günə qədər məşhur hitlərinin çoxunun müəllifi mən olduğunu dəfələrlə müsahibələrində bildirib: "Miri Yusif Azərbaycan musiqisinə bəxş etdiyim töhfədir. Onun ifa üslubu, obrazı, mahnılarda yaratdığı abı-hava beynimin məhsuludur. Miri Yusiflə işləməyə başlayanda bu qədər rezonansa səbəb olacağını ümid eləməzdim çünki çox gənc, bacarığımdan və böyük kütləyə göstərə biləcəyim təsirdən xəbərsiz idim. Onun səs imkanlarını nəzərə alıb bu tərzi ortaya qoydum. Miri Yusifin ifası deyil, daha çox tərzi sevilir. Onun yaradıcısı da mənəm!"/anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar