Qadın voleybolçuların yarımfinalı yaxınlaşır
24.06.2015 670 0.0 0
Son 4 qarşılaşma ilə bağlı məlumatlar

Polşa

  • Türkiyə, Rumınya və İtaliya üzərində qələbə qazanan Polşa komandası yarışları A qrupunda 3-cü yerdə tamamladı. Almaniyaya qarşı dörddəbir final mərhələsində 2 setdə liderliyini qoruyan komanda 5-ci həlledici seti 15-10 xal hesabı ilə tamamladı.
  • Yarım finalda komanda Serbiya ilə üz-üzə gəlir. Serbiyanın yarımfinalda ən sona qalması komandaya qələbə üçün stimul oldu.
  • Polşa komandasının 99 xalla lider olan idmançısı Katarzina Zaroslinskadır. 

Türkiyə

  • Azərbaycan, İtaliya, Belçika və Rumınya üzərində asanlıqla qələbə qazanan Türkiyə komandası A qrupunda liderə çevrilə bildi. Türklər Rusiya komandası üzrəində dörddəbir final mərhələsində 3-1 hesabla qalib oldular.
  • Komanda 19:30-da baş tutacaq yarımfinal mərhələsində Azərbaycan komandası ilə üz-üzə gələcək. A qrupunda daha əvvəl keçirilən oyunda Azərbaycan Türkiyə komandasına məğlub olmuşdu.
  • Türkiyə komandasının 88 xalla lider olan idmaçısı Gözdə Yılmazdır.

Azərbaycan

  • Doğma arena olan Kristal Zal 1-də azarkeşlər qarşısında çıxış edən Azərbaycan komandası A qrupunda yarışları 2-ci yerdə tamamladı və dörddəbir final mərhələsində Hollandiyanı məğlub etdi.
  • Azərbaycan 19:30-da baş tutacaq görüşdə qonşu ölkə Türkiyə ilə üzləşəcək və komanda qrup oyunundakı məğlubiyyətini təkrarlamaq niyyətində deyil.
  • Komandaya 40 xal qazandıran Polina Rəhimova 152 xalla komandanın lider oyunçusuna çevrilib.

Serbiya

  • Serbiya komandası Belçikanı dörddəbir mərhələnin final setində məğlub edərək,19-17 xal ilə qazandı və 3-2 hesabı ilə onlara qalib gəldi. Serbiya komandası B qrupunda beş setin dördündə qalib gələrək yüksək yer tutur.
  • Dörddəbir finalın beş setində qalib gəlsələr, yarımfinalda Polşa komandasını məğlub edərək favorit olacaqlar.
  • Milena Razik komandaya 81 xal qazandırdı.

Ən yaxşı ümumi nəticə

  • Bu oyunlarda ən çox xal qazanan idmançı Rəhimova və topu ən yaxşı oyuna daxil edərək 13 xal əldə edən Odina Bayramova sayəsində Azərbaycan vacib yer tutur. Onların komanda yoldaşı 55.26 xal ilə ən yaxşı liberodur.
  • Serbiya 33.61 % keyfiyyətlə cəmi 55 xalı olan ən yaxşı hücumçusu Brankika Mixayloviç sayəsində cədvəlin ən yüksək yerində qərarlaşıb.
  • Serbiya da bu oyunlarda ən yaxşı müdafiəçiyə sahibdir. Razik setdə orta hesabla 1.17 xal ilə blokda 27 hücüm zərbəsini yerinə yetirdi.
  • Türkiyəli idmançı Gizem Karadayı orta hesabla setdə 2.19 xalla ən yaxşı digerdir.

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar