Qadın müştəri satıcını belə aldatdı - Bakıda (VİDEO)
03.10.2016 1095 0.0 0

Paytaxtın Nərimanov rayonunda yerləşən mağazalardan birində maraqlı hadisə baş verib. Müştəri əvvəlcə  aldığı malın pulunu ödəmək ucun yüz manatı kassirə uzadıb. Onun əli dəydikdə isə əsginazı geri çəkir və pul kisəsindən qəpiklər çıxarır.

Biraz ətrafda kimləsə söhbətləşdikdən sonra pulu yenidən saticiya uzadır və geri çəkir.

Sonra isə aldığı malın dəyəri 6 manat 50 qəpik tutduğundan kassirə 1 manat 50 qəpik verir ki, guya yüz manat xırdalanarkən qəpik yox 95 manat pul qaytarılsın.

Lakin 95 manat pulu kassadan aldıqdan sonra aldığı malın çekini kənara itələyir və yüz manatı vermədən oradan uzaqlaşır.

Hadisə paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli 46 ünvanında yerləşən, elektrik malları satılan mağazada baş verib. Mağazadan batareya alan qadın onun pulunu yüz manatlıq əsginazla ödəmək istədiyini deyib və kassiri aldadaraq aradan çıxıb. Fırldaqçılıq hadisəsi mağazadakı müşahidə kamerası tərəfindən anbaan lentə alınıb.  

Qazeta.info "Xəzər Xəbər" -ə əsasəb mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar