Qadın jurnalist qətlə yetirildi
03.08.2015 572 0.0 0

Meksikada bir müddətdir yoxa çıxan foto-jurnalistin cəsədi Mexiko şəhərindəki mənzildə odlu silahdan açılan atəş nəticəsində öldürülən 5 nəfərin cəsədi arasından tapılıb.

Məlumata görə, mərhum Ruben Espinosa araşdırmaçı jurnal olan “Proceso” üçün çalışırdı. 

Onun cəsədini bacısı tanıyıb. Üzərində iki güllə yarası olan cəsəd paytaxt Mexikonun Narvarte məhəlləsində olan mənzidə 4 qadın cəsədi ilə birgə tapılıb.

 


Jurnalist Ruben Espinosanın qətli ölkədə səs-küy yaradıb, insanlar jurnalın baş qərərgahı qarşısında həmrəylik göstərib 

Qeyd edək ki, bir neçə həftə əvvəl Espinosa Meksikanın cənub-şərqində Verakruz şəhərindəki evində və iş yerində naməlum şəxslər tərəfindən təhdidlərə məruz qalmışdı. Daha sonra o yoxa çıxmışdı. Onun gizləndiyi bildirilirdi.

 


Jurnalistlərin baş verən silsilə qətllərə etiraz aksiyası- FOTO: Associated Press

 

Verakruz jurnalistlərin üçün təhlükəli yer olub. Jurnalistləri Müdafiə Komitəsinin hesnatına əsasən 2010-cu ildən bəri orada 11 jurnalist qətlə yetirilib. Onu da bildirək ki, qətllərin hamısı qubernator Havyer Duartenin dövründə olub. Burada silsilə qətllərdən sonuncusu cəmi bir ay əvvəl baş verib./anspress./


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar