Qətlə yetirilən rusiyalı hərbçinin işinə Ermənistan baxmayacaq
18.06.2015 579 0.0 0

Ermənistanda qətlə yetirilən rusiyalı hərbçi İvan Novikovun işinə Rusiyada baxılacaq.

Xəbərə görə, bu barədə “RİA Novosti”yə hüquq-mühafizə orqanlarındakı etibarlı mənbə məlumat verib.
 
Bildirilib ki, belə bir qərarın qəbul edilməsinin səbəbi qətlə yetirilən və cinayətdə şübhəli bilinən şəxslərin Rusiya hərbi qulluqçuları olmasıdır.
 
Qeyd edək ki, bundan öncə rusiyalı hərbçinin qətlinin Rusiya və Ermənistan müvafiq strukturlarının birgə araşdıracağı barədə məlumat yayılmışdı.
 
Xatırladaq ki, iyun ayının 15-i Ermənistanın Gümrü şəhərində 102 saylı Rusiya hərbi bazasının hərbi qulluqçusunun cəsədi tapılıb. Meyit "Ana Ermənistan" kompleksinin ərazisində aşkar edilib. Əsgərin bədənində bıçaq xəsarətləri aşkarlanıb.
 
Qətli törətməkdə şübhəli bilinən Rusiya hərbi bazasının digər hərbi qulluqçusu saxlanılıb. Məlumata görə, saxlanılan şəxs cinayəti əsgər yoldaşı ilə məişət zəminində yaranan münaqişə zamanı törətdiyini etiraf edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar