Qədim insanların yüksək texnologiyaları haqqında HƏQİQƏT AŞKARLANDI
21.08.2019 606 0.0 0

Beynəlxalq alimlər qrupu Neandertalların yüksək inkişaf səviyyəsini şübhə altına alıb.

Qazeta.info "Ölkə.Az" -ın məlumatına əsasən bildirir ki,onlar paleoantropların ağcaqayın qabığından yapışqan əldə etməyin əvvəllər düşünüldüyündən daha sadə bir texniki proses olduğunu göstəriblər.

Tədqiqatçılar daş dövründə mövcud olan adi materiallarla eksperimentlər aparıblar. Onlar ağcaqayın qabığını yığıb və düz çay daşlarının ortasında yandırıblar, üç saatdan sonra istifadə üçün uyğun olan material alıblar. Alınmış qatran yapışqanının molekulyar xüsusiyyətləri Neandertalların dayanacaqlarında tapılmış arxeoloji nümunələrə oxşayıb. Əvvəllər hesab edilirdi ki, yapışqanın hazırlanması üçün Neandertallar xüsusi qazılmış çuxurlardan, gil məmulatlarından, metal və keramik gəmilərdən istifadə ediblər. Lakin yeni metod o qədər sadədir ki, qədim insanlar onu gündəlik fəaliyyət zamanı təsadüfən tətbiq edə bilərdilər. Buna görə də, tozağacı qatranının istifadəsi artıq Neandertalların kompleks texnoloji inkişafının etibarlı göstəricisi kimi xidmət edə bilməz. Alimlər tərəfindən yaradılmış yapışqan ağacın təmizlənməsi üçün nəzərdə tutulmuş bir alət hazırlamaq üçün istifadə edilib. Robotun köməyi ilə mütəxəssislər 170 zərbəni vurublar. Təcrübə nəticələri yapışan bağın zəifləməsinin olmadığını nümayiş etdirib.          


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar