Putinin yeni qərarı İsraili qorxuya saldı
27.08.2015 1018 0.0 0

Rusiya və Misir arasında hərbi əməkdaşlığın genişlədilməsi barədə razılıq İsraildə ciddi narahatçılığa səbəb olub. 

Məlumata görə, Yerusalimdə yüksək vəzifəli mənbə Misir prezidenti Abdel Fəttah Sisinin Moskva səfərinin nəticələrini qiymətləndirib.

Vladimir Putin və Fəttah Sisi arasında avqustun 26-da görüşüb keçirilib. Həmin görüşdə ikitərəfli əməkdaşlığın inkişafı haqqında məsələlər müzakirə edilib. Müzakirələr zamanı hərbi sahə və həmçinin Misirdə ilk atom elektrostansiyası tikilməsi ilə bağlı sazişin imzalanması barədə razılıqlar əldə olunub.

 


Vladimir Putin və Fəttah Sisinin görüşü

Yerusalimdə güman edirlər ki, Rusiya istehsalı müasir növ silahın Misir ordusuna təhvil verilməsi Yaxın Şərqdə sabitliyi poza və vəziyyəti çətinləşdirə bilər. İsrail dövləti ehtiyat edir ki, əgər Misirin əlinə S-300-ün müasir zenit-raket kompleksləri keçsə, onlar yəhudi dövlətinin hava məkanında hədəfləri vurmağa bacaracaqlar.

İsrailin bəzi hökümət rəsmiləri Sisinin Moskvaya səfərini rəsmi Qahirənin Vaşinqtonla soyuq münasibətlərin olması ilə bağlayıblar./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar