Putinin yeni müttəfiqləri (FOTO)
25.08.2015 589 0.0 0

Rusiya Qərb ölkələri ilə münasibətlərinin pis olduğu bir vaxtda müsəlman dövlətləri ilə iqtisadi və siyasi əlaqələrini daha da gücləndirir.

Prezident Vladimir Putin bu gün İordaniya kralı Abdullah və Misir prezidenti Abdülfettah əl-Sisi ilə görüşəcək.

Məlumata görə, görüş Çində təşkil ediləcək hərbi tədbirdə baş tutacaq. 

Kremldən verilən məlumatda bildirilir ki, Kral Abdullah və Vladimir Putin Suriya böhranını və ümumilikdə yaxın şərqda baş verən münaqişələri müzakirə edəcəklər. Onlar həmçinin İŞİD terror qruplaşmasına qarşı mübarizə ilə bağlı fikir mübadiləsi aparacaqlar.

 

Kral Abdullah və Vladimir Putin 


İki ölkə arasında diqqət çəkən əməkdaşlıq isə İordaniyada tikiləcək nüvə oyektlərinin inşası ilə bağlıdır. Prezidentlər görüş zamanı həmçinin bu məsələni müzakirə edəcəklər. 

Rusiyanın “Rosatom” şirkəti İordaniyada tikintisi davam edən nüvə obyektinin 2020 ci ilədə təhfil vərəcəyini bildirir. 
İorrdaniyanın enerji ehtiyacının 15 % -i təmin edəcək nüvə stansiyası 5.4 milyard dollara başa gəlir. 

 

“Rosatom” şirkətinin tikdiyi nüvə stansiyası


Rusiya və İordaniya arasında siyasi əlaqələr daima yüksələn xətt üzrə inkişaf edir. Əlaqələlərin yüksək inkişafının bariz nümunəsi kimi Kral Abdullahın 2001 ci ildə indiyə qədər 12 dəfə Rusiyaya səfər etməsini göstərmək olar. 

Kral Abdullah son dəfə 2014 ci ildə Rusiyada səfərdə olub.

Putinin görüşəcəyi Misir prezidenti Abdülfettah el-Sisi ilə Yaxın Şərqdə və Şimali Afrikada baş verən silahlı münaqişələrin həllində Rusiya və Misirinin rolu müzakirə ediləcək.


Həmçinin hərbi sahədə əldə olunan razılaşmaların icrası ətrafində fikir mübadiləsi aparılacaq. Prezidentlər İkinci Dünya Müharibəsində Çin ordusunun Yaponiya üzərində qazandığı qələbənin 70 ci il dönümünə həsr edilən tədbirdə iştirak edəcəklər. 


Son vaxtlar Qərbin sanksiyları qarşında yeni bazarlar axtarmağa başlayan Rusiya zəngin təbii sərvətlərə malik şərq ölkələri ilə əməkdaşlığı dahada gücləndirmək isdəyir. 

Hətta bir müddət əvvəl Putinin Yaxın Şərq ölkələri yeni koalisiya yaradıb, İŞİD terror qruplaşmasını məhv etmək planı hazırladığı bildirilirdi. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar