Putinin NATO ölkələrinə göndərdiyi təklifin mətni açıqlanıb
25.09.2019 456 0.0 0

Rusiya Prezidenti Vladimir Putin, NATO üzvü olan ölkələr daxil olmaqla, onlarla dövlətə Avropa və digər bölgələrdə orta və qısa mənzilli raketlərin yerləşdirilməsinin qadağan edilməsini özündə əks etdirən təklif göndərib.

Qazeta.info “Report”-a istinadla xəbər verir ki, bu barədə “Kommersant” nəşri təklifi alan ölkələrin birində sənədin məzmunu ilə tanış olan şəxsə istinadən məlumat yayıb.

Rusiya təklifdə Amerika tərəfinin analoji addım atmayana qədər ərazisində raket yerləşdirmək niyyətində olmadığını qeyd edib.

Mənbə bildirib ki, NATO rəsmi Moskvanın bu təklifini ciddi qəbul etməyib. Səbəb kimi Rusiyanın bu cür silahları artıq öz ərazisində yerləşdirməsini göstərib.

“Orta və Qısa Mənzilli Raketlərin Ləğvinə Dair Saziş” SSRİ və ABŞ tərəfindən 1987-ci ildə imzalanıb. Sənədə əsasən, hər iki tərəf quruda yerləşdirilmiş bütün orta və qısa mənzilli ballistik və qanadlı raket komplekslərini məhv etməli idilər.

Avqustun 2-dən başlayaraq orta və qısa mənzilli raketlərin ləğvinə dair saziş qüvvəsini itirib. ABŞ, buna səbəb kimi Moskvanın saziş çərçivəsində öhdəliklərini “yerinə yetirməməsini” göstərib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar