Putinin 6 məşhur avtomobili -FOTOLAR
30.03.2015 853 0.0 0

 

Rusiya prezidentinin qarajında olan 6 avtomobil bütün dünyada məşhurdur. 

Məlumata görə, bir çox dünya liderləri Rusiya prezidentinin avtomobillərində qonaq olublar. 

Rusiya prezidentinin məşhur avtmobillərindən biri QAZ 21-dir. 2005-ci ildə Rusiya prezidenti bu avtmobilində ABŞ lideri Corc Buşu qonaq edib. Putinin bu avtombili 1956-cı ildə istehsal edilib, amma sürət qutusu sonradan avtomatlaşdırılıb.

 

 

Vladimir Putinin qarajında olan başqa bir avtomobil isə VAZ 2121 "Niva-Rıs"dır. 
 

 

 

Putinin məşhur “Zaporojets” avtomobili isə ona ailəsindən qalıb. Özünün dediyinə görə, ZAZ-966 markalı avtomobili anası lotereyada udub. Rusiya prezidenti onda 3-cü kursda oxuyub. “Zaporojets”i satmayıb, ona veriblər. 
 

 

Rusiya prezidentinin əsas iş avtomobili isə zirehli “Mercedes-Benz S600 Guard” limuzinidir. Bu avtomobil sedan S600-ün əsasında düzəldilib. Adi versiyadan fərqli olaraq onun təkər bazası 4,31 m-ə qədər uzadılıb.  

 

 

 

Vladimir Putin ölkə ərazisində səyahətlərə isə "Mercedes-Benz Sprinter” avtomobili ilə çıxır. 
 

 

 

Putin 28 avqust 2010-cu il tarixdə Xabarovsk-Çita yolunu yeni “Lada Kalina Sport” avtomobilində qət edib. /anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar