Putindən uşaq doğduğu deyilən Kabayeva DANIŞDI
06.07.2019 1093 0.0 0

Bu ilin yaz ayında sosial şəbəkələrdə və bəzi rus KİV-lərində Alina Kabayevanın Rusiya prezidenti Vladimir Putindən övlad dünyaya gətirdiyi barədə xəbərlər dolaşmağa başladı.

Bildirək ki, yayılan xəbərlərə əsasən, Kabayeva gizli şəkildə Moskvadakı özəl xəstəxanaların birində əkiz uşaq dünyaya gətirib. Sonradan KİV-də məlumatın yalan olduğu, eyni familiyalı bir qadının uşaq dünyaya gətirdiyi barədə də xəbər yayıldı.

Uzun müddət sonra idmançı, millət vəkili Alina Kabayeva şəxsi həyatı barədə açıqlama verib. O, bildirib ki, hələlik ana olmayıb və doğuşu barədə yayılan söhbətləri şərh etməyi düzgün saymır. İdmançı qeyd edib ki, vaxtını əsasən Moskvada keçirir. İldə iki ay isə Moskva ətrafı Peredelkinodakı bağ evində dincəlir. Bundan başqa Kabayeva kefi pis olanda alış-verişlə başını qatır./olke.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar