Putindən gözlənilən səfər
20.03.2015 791 0.0 0

Rusiya prezidenti Vladimir Putin Qazaxıstanın paytaxtı Astanya səfər edib.

Qazeta.info ANS PRESS-in məlumatına əsasən bildirir ki, Putinin Astanada Qazaxıstan və Belarus prezidentləri ilə görüşü planlaşdırılıb.
Kreml mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Putin Nursultan Nazarbayev və Aleksandr Lukaşenko ilə görüşəcək.

"Tərəflər üç ölkə arasındakı ticarət-iqtisadi münasibətlərini və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri barədə müzakirələr aparacaqlar”, - deyə açıqlamada bildirilir.

Bundan başqa Kreml mətbuat xidməti qeyd edib ki, görüşdə bir sıra aktual beynəlxalq məsələlər istiqamətində fikir mübadiləsi aparılacaq. Martın 20-də baş tutacaq görüşdə Ukrayna münaqişəsi də müzakirə ediləcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar