Putindən dünyanı təəccübləndirən qərar
17.11.2016 1710 0.0 0

Rusiya prezidenti Vladimir Putin ölkəsinin Beynəlxalq Cinayət Məhkəməsi (BCM) təşkilatından çıxması ilə bağlı fərman imzalayıb.

Qazeta.info “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə Kremldən verilən məlumatda bildirilib.

Ölkə başçısı Rusiyanın Beynəlxalq Cinayət Məhkəməsindən çıxarılmasını nəzərdə tutan fərmanı Ədliyyə Nazirliyinin tövsiyəsi və Xarici İşlər Nazirliyinin razılığı ilə imzalayıb. Putin sözügedən fərmanla bağlı BMT-nin Baş Katibinə məlumat verilməsi tapşırığını da verib.

Rusiya XİN-dən verilən açıqlamada BCM-nin müstəqil və səlahiyyətli məhkəmə orqanı olmadığı vurğulanıb.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar