Putindən böyük böhran anonsu
02.04.2015 702 0.0 0

Rusiya prezidenti Vladimir Putin ölkədəki işsizlikdən danışıb.

Məlumata görə, prezident əmək bazarında vəziyyətlə bağlı toplantıda Rusiyada işsizliyin nisbətən artdığını və maaşların ödənilməsində gecikmələrin olduğunu deyib. Bununla əlaqədar o, sosial sahədə və əmək bazarındakı vəziyyətə nəzarət etməyi tapşırıb.

"Keçən illə müqayisədə bu il işsizlik səviyyəsində az da olsa artım olub. Lakin bu da son deyil. Rusiyada bir çox işləyənlər var ki, onlar da işdən çıxarılmaq ərəfəsindədirlər", - deyə Putin bildirib.

Qeyd edək ki, Rusiyada "İctimai fikir" fondunun ("FOM") apardığı sorğuya əsasən, hər ikinci rusiyalı son iki-üç ay ərzində maddi vəziyyətinin pisləşdiyini bildirib./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar