Putin yeni güc mərkəzi yaratdı (FOTO)
10.07.2015 750 0.0 0

Rusiyanın rəhbərlik etdiyi dövrə təsadüf edən BRICS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) liderlərinin zirvə görüşündə 77 maddəlik birgə bəyanat qəbul olunub.

Məlumata görə, Ufada keçirilən zirvə görüşündə BRİCS ölkələri strateji məsələlərdə mühüm razılığa gəliblər.

Rusiya prezidenti Vladimir Putin zirvə görüşündən sonra verdiyi açıqlamada BRİCS ölkələrinin yeni maliyyə qurumu yaratdığını deyib. Geniş tərkibli görüşlərdə ümumi həcmi 200 milyard dollar kapitalı olan yeni inkişaf bankı və ortaq valyuta ehtiyatı yaradılması işlərinin tamamlandığını deyən Putin yeni bankın nəqliyyat, enerji, infrastruktur və sənaye sahələrini kreditlə təmin edəcəyini bildirib. 

Yeni yaranan bankın Beynəlxalq Valyuta Fonduna rəqib olacağı gözlənilir.


BRICS ölkələrinin liderləri

Toplam sərmayəsi 100 milyard dollar olan BRICS-in valyuta ehtiyatları üzv ölkələrdə maliyyə sabitliyini təmin etmək məqsədi ilə yaradılıb. BRİCS-in ehtiyyat fondunu Çin 41, Braziliya, Hindistan və Rusiyanın hər biri 18 milyard dollar, Cənubi Afrika Respublikası isə 5 milyard dollarla təmin edəcək.

BRICS-in yol xəritəsinin ən gec bu ilin sonuna qədər hazır olacağını söyləyən Putin 5 ölkə başçısının Antalyada təşkil ediləcək "G-20" ölkələrinin sammitində ayrıca bir araya gələcəyini deyib. 

Ufadakı zirvə görüşündə BRİCS ölkələri İranın nüvə proqramını dəstəklədiklərini və Tehrana qarşı tətbiq edilən beynəlxalq sanksiyaların dərhal qaldırılmasını tələb edib. 

Ukraynanın şərqində davam edən münaqişəli vəziyyətlə bağlı BRİCS-in mövqeyi də Kremlin siyasətindən fərqlənməyib. Belə ki, BRİCS Ukraynadakı problemin ancaq siyasi yolla həll edilə biləcəyini deyib. 

BRICS ölkələri İŞİD terror qruplaşması başda olmaqla və terrorun hər növünü pisləməklə yanaşı beynəlxalq ictimaiyyəti Əfqanıstanı dəstəkləməyə çağırıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar