Putin xalqın suallarına cavab verməyə başladı
14.04.2016 558 0.0 0

"Şəxsi həyatımdan danışmağı sevmirəm. Amma bilirəm ki, bu, insanlarda maraq doğurur. Odur ki, bəlkə, mən də nə vaxtsa evlilik haqda düşünərəm və sizin marağınıza son qoyaram". 

Məlumata görə, Rusiya prezidenti Vladimir Putin şəxsi həyatı barədə verilən suala belə cavab verib. 

Aleksandr Kozlov adlı sakin bir müddət öncə qəzetlərdə keçmiş birinci xanım Lüdmila Aleksandrovnanın ərə getdiyini yazdıqlarını deyib və ölkə başçısından "ölkənin yeni birinci xanımı nə zaman təqdim ediləcək?" sualını verib.

Putin Türkiyəyə və Misirə uçuşların nə  vaxtdan başlayacağı məsələsinə də aydınlıq gətirib. "Misirdə radikallarla mübarizə aparılır, biz vətəndaşlarımızı terror olan ölkəyə göndərə bilmərik. Eyni mənzərə Türkiyədə də var. Daxili problemləri bizi düşünməyə vadar edir. Onlar radikallarla mübarizə aparmaqdansa onlarla əməkdaşlıq edirlər. Burada, demək olar ki, hər gün terror olur. Təxminən 5 milyon rus ötən il orada istirahət edib". 

Saat 13:40

"Bizim qonşularla münasibətlərimiz yaxşıdır. Eləcə də Türkiyə bizim dostumuzdur. Moskva Ankara üçün dost olaraq qalır, lakin siyasətçilərlə problemlər var. Türklər çox mehriban xalqdır və bizim xalqımız da onlarla dost münasibətlərindədir". Bunu bu gün canlı efirdə əhalinin suallarını cavablandıran Rusiya prezidenti Vladimir Putin deyib.

Rusiya lideri deyib ki, onlar heç bir ölkə ilə münasibətləri korlamaq, onlarla düşmən olmaq istəmirlər. 

12 yaşlı uşaq ona "Petro Poroşenko və Rəcəb Tayyib Ərdoğan arasında seçim qarşısında qalsaydınız, kimi seçərdiniz?" sualını ünvanlayıb. Putin sualı təbəssümlə qarşılayıb. "Sən məni pis vəziyyətdə qoydun. Əgər kimsə batıbsa və onu artıq xilas etmək mümkün deyilsə… Amma biz yenə də hər kəsə kömək əlimizi uzada bilərik, yetər ki, o, özü bizdən bunu istəsin".

Saat 13:30

Rusiya Federasiyasının prezidenti Vladimir Putin canlı yayımla ona ünvanlanan sualları cavablandırmağa başlayıb. Məlumata görə, ölkə başçısının canlı yayımda çıxışı saat 13:00-dan start götürüb. Prosesin nə qədər davam edəcəyi bəlli deyil. 14-cü sual-cavab prosesində iştirak edən V.Putinə 2 milyondan çox sual ünvanlanıb. 

Rusiya prezidenti ilk olaraq terrorizmdən bəhs edib. O deyib ki, əgər terrorçuluqla mübarizə aparılmazsa, İŞİD yenidən güclənə bilər. 

 

 

O deyib ki, Suriyada sülh yolu ilə danışıqlar aparılmalı, konstitusiya qəbul edilməli və onun əsasında seçki olmalıdır. 


Rusiya rəhbəri ilə ənənəvi canlı yayım  14-cü dəfədir ki, keçirilir. Bu proses "Rossiya1", "Rossiya24" telekanalları, "Mayak" radiostansiyası, "Rusiya Radiosu" ilə canlı yayımlanır. 
Bu il daha çox iqtisadi vəziyyət, məişət problemləri ilə bağlı sualların çox olacağı gözlənilir. 

İlk dəfə "Vladimir Putinlə canlı yayım" 2001-ci ildə olub. O zaman ona cəmi 400 min sual verilmişdi. Putinlə ən uzunmüddətli sual-cavab 2013-cü ildə olub. Belə ki, canlı yayım 4 saat 48 dəqiqə davam edib. Bu zaman ərzində Putin ona ünvanlanan suallardan ancaq çox az bir hissəsini - 70-ə yaxınını cavablandıra bilmişdi. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar