Putin və Əsəd arasında telefon danışığı olub
24.02.2016 471 0.0 0

Rusiya və Suriya prezidentləri arasında telefon danışığı olub.
 
Qazeta.info APA-nın əlumata əsasən bildirir ki, Vladimir Putin və Bəşər Əsəd Suriya münaqişəsinin nizamlanmasını, ABŞ və Rusiya arasında imzalanan Suriyada atəşkəsin tətbiq olunmasına dair bəyanatı müzakirə ediblər. Bəşər Əsəd məlum bəyanatın münaqişənin siyasi yolla həlli istiqamətində atılan vacib addım olduğunu deyib. O, Suriya hökumətinin atəşkəsin tətbiq olunmasına yardım etməyə hazır olduğunu bildirib. 
 
Bununla yanaşı, Putin və Əsəd İŞİD, “Cəbhət ən-Nüsra” və digər terrorçu qruplaşmalara qarşı güzəştsiz mübarizənin davam etdirilməsinin vacibliyini də vurğulayıblar. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar