Putin və Ərdoğan Suriya probleminin həllini müzakirə ediblər
12.01.2017 905 0.0 0

Bu gün Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
 
Rusiya prezidentinin saytına istinadən verilən məlumata görə, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub. 
 
V. Putin və R. T. Ərdoğan Suriya  böhranının tənzimlənməsinə xüsusi diqqət ayırıblar. Qeyd edilib ki, Rusiya və Türkiyənin vasitəçiliyi ilə Suriya hökuməti və müxalifəti arasında hərbi əməliyyatların dayandırılması barədə razılaşmaya ümumilikdə riayət edilir. Tərəflər Suriya böhranı ilə bağlı Astana danışıqlarına hazırlıqla əlaqədar birgə səylərin gücləndirilməsini zəruri sayıblar.
 
V. Putin və R. T Ərdoğan ikitərəfli ticari-iqtisadi əlaqələrin bərpası və yaxın perspektivdə Rusiya-Türkiyə Ali Səviyyəli Əməkdaşlıq Şurasının keçirilməsi məsələlərini də müzakirə ediblər. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar