Putin Soçidə Netanyahu ilə görüşəcək
12.09.2019 72 0.0 0

Rusiya prezidenti Vladimir Putin sentyabrın 12-də Soçidə İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqlar aparacaq.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, liderlər ikitərəfli əməkdaşlığın gələcək inkişafı məsələlərini nəzərdən keçirmək, eləcə də Yaxın Şərqdəki vəziyyət barədə fikir mübadiləsi aparmağını planlaşdırırlar.

Netanyahu bu il üçüncü dəfə Rusiyaya gəlir, o, Moskvaya fevral və aprel aylarında səfər edib.

İsrail baş nazirinin özü Rusiya dövlətinin başçısı ilə "hərbi qüvvələrin koordinasiyasını davam etməsini" müzakirə etmək istədiyini söyləyib.

İsrailin Baş naziri Rusiyanın Müdafiə naziri Sergey Şoyqu ilə də görüşməyi planlaşdırır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar