Putin Ruhani ilə görüşəcək
03.07.2015 567 0.0 0

Rusiya prezidenti Vladimir Putin İran prezidenti Həsən Ruhani ilə görüşəcək. Məlumata görə, ölkə liderlərinin görüşü iyulun 10-da beynəlxalq sammit çərçivəsində Ufada planlaşdırılır. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov xəbər verib.

"Görüş gözlənilir. Və biz həqiqətən belə görüşü hazırlayırıq", - deyə Peskov qeyd edib.

 

Qarşıdakı Ufa sammitlərində Rusiya ŞOS və BRİKS iştirakçılarını qəbul edir və sədrlik edən ölkədir. Yanvarda İranın rəhbərliyi 2015-ci ildə Rusiya prezidenti ilə görüşün olacağını qeyd etmişdi./anspress/
 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar