Putin Ərdoğana dondurma aldı - Video
28.08.2019 535 0.0 0

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı Voloqda şəhərində baş tutan MAKS Aviasiya və Kosmik sərgisində satılan xüsusi dondurmaya qonaq edib.

Qazeta.info Axar.az -a istinadla xəbər verir ki, dondurmanın alışı zamanı liderlər arasında maraqlı dialoq yaşanıb.

Bir neçə dondurma üçün 210 rubl ödəməli olan Kreml rəhbəri satıcıya 5 min rubl uzadıb.

Bu zaman Ərdoğan həmkarına “Mənim əvəzimə də ödəyəcəksinizmi?” sualını ünvanlayıb.

Putin isə öz növbəsində “Bəli, siz qonaqsınız” cavabını verib və zarafatyana şəkildə aviasiya sahəsinin inkişafı üçün pulun qalığının Sənaye və Ticarət naziri Denis Manturova verilməsini istəyib.

Nazir isə öz növbəsində "Səxavətinizə görə təşəkkür edirəm", deyib.

R.T.Ərdoğan elə oradaca dondurmanı açıb və dərhal dadına baxıb.

V.Putin isə şokoladlı dondurmadan daddıqdan sonra ətrafdakı hər kəsi qonaq etmək qərarına gəlib: "Bizə bir neçə dənə də dondurma verin. Hamını qonaq edəcəyik".

Qeyd edək ki, Türkiyə Prezidenti R.T.Ərdoğan Rusiyada səfərdədir.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar