Putin Nemtsovun qətlindən danışdı
04.03.2015 644 0.0 0

Rusiya prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyindən cinayətlərin açılması səviyyəsinin yüksəltməyi tələb edib. 

Məlumata görə, Daxili İşlər Nazirliyinin kollegiya iclasında çıxış edən dövlət başçısı deyib ki, 2015-ci ildə bütün əsas istiqamətlər üzrə işi gücləndirmək, hər şeydən əvvəl həm yeni, həm də keçən illərdə bağlı qalan cinayət işlərinin açılması səviyyəsini yüksəltmək lazımdır.

Onun sözlərinə görə, burada mühüm olan koordinal əlaqədir. Daxili İşlər Nazirliyi və bütün hüquq-mühafizə orqanları işini yeni keyfiyyətdə görməlidir. 

V.Putin əsas diqqəti siyasi səbəblərə görə törədilən cinayətlərə yönəldib: "Rusiyanı belə faciələrdən qurtarmaq lazımdır. Biz bu yaxınlarda sizinlə bunu yaşadıq və gördük. Mən paytaxtın düz mərkəzində Boris Nemtsovun qətlini nəzərdə tuturam. Əsas diqqəti rezonans doğuran, siyəsi məqsədlərə görə baş verən cinayətlərin açılmasına ayırmaq lazımdır."

Rusiya prezidenti Daxili İşlər Nazirliyini ölkənin Konstitusiya əsaslarını hədəf seçən, zərbə vuran ekstremistlərin hazırladıqları aksiyalara dərhal reaksiya verməyə çağırıb: "Ekstremistlərin hazırladığı aksiyalar haqqında istənilən siqnallara anında reaksiya vermək, uyğun olan profilaktik işi görmək əhəmiyyətlidir."

Xatırladaq ki, kollegiya iclası "Rusiya 24" telekanalı ilə birbaşa yayımlanıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar