Putin-Merkel görüşünün tarixi açıqlanıb
28.04.2017 638 0.0 0

Rusiya prezidenti Vladimir Putin mayın 2-də Soçidə Almaniya kansleri Angela Merkellə görüşəcək.
 
Məlumata görə, bu barədə Kremlin mətbuat xidməti xəbər yayıb.
 
Bildirilir ki, görüşdə beynəlxalq məsələlər, o cümlədən terrorizmlə mübarizə, Yaxın Şərqdəki vəziyyət, Minsk razılaşmalarının həyata keçirilməsi və digər məsələlər müzakirə olunacaq.
 
Söhbət əsnasında ikitərəfli əlaqələrin hazırkı vəziyyəti, o cümlədən energetika, iqtisadi-ticarət və mədəni-humanitar sahələrdə əməkdaşlıq məsələlərinə toxunulacaq. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar