Putin haqqında film çəkiləcək
30.04.2017 819 0.0 0

Amerikalı kinorejissor Oliver Stoun Rusiya prezidenti Vladimir Putin haqqında film üzərində işləyir.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda kinorejissor Sydney Morning Herald qəzetinə verdiyi müsahibəsində bildirib.

Bildirilir ki, filmdə Putinin 2000-ci ildə ilk dəfə Rusiya prezidenti seçildikdən sonra dünyada baş verən hadisələrə münasibəti göstəriləcəkdir.

Qeyd edək ki, Stoun kəskin siyasi mövzularda filmlər çəkən rejissor kimi məşhurdur. Onun qəhrəmanları arasında ABŞ prezidentləri Riçard Nikson, Con Kennedi, Corc Buş var.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar