Putin erməni separatçını qovdu
21.04.2015 879 0.0 0

Fransa prezidenti Fransua Olland və Rusiya prezident Vladimir Putin Qarabağ separatçılarının başçısı Bako Saakyanın 24 apreldə İrəvana səfər etməsinin qarşısını alıblar. 

epress-ə istinadən xəbər verilir ki, baş separatçı qondarma soyqırım tədbirləri üçün İrəvana getmək istəsə də buna izn verilməyib. Fransa və Rusiya dövlət başçıları separatçının İrəvana səfərinin Azərbaycanla əlaqələrə mənfi təsir edə biləcəyini nəzərə alaraq Saakyanın gəlişinə icazə verməyiblər. Erməni saytı səfərə icazənin verilməməsinin böyük haqsızlıq olduğunu yazıb. 

Qeyd edək ki, aprelin 24-də İrəvanda keçiriləcək qondarma erməni qoyqırımının 100 illiyi tədbirlərində 4 dövlət başçısının iştirakı rəsmiləşib./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar