«Putin dünyanı təhqir elədi»
17.08.2015 863 0.0 0

Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya lideri Vladimir Putinin Krıma səfər etməsini bütün sivilizasiyalı dünyanı təhqir etməsi kimi dəyərləndirib. 

Məlumata görə, Poroşenko bildirib ki, Krım Ukrayna ərazisidir: "Bu, sivilzasiyalı dünyaya təhqirdir və Donbasda rus hərbçilərinin, onların muzdlularının gerçəkləşdirdiyi gərginləşdirmə ssenarisinin davamıdır. Bu cür səfərlər Ukraynanın işğal edilmiş yarımadasının daha da militarlaşdırıması, onun daha da militarlaşdırılması deməkdir. Krımın gələcəyi, o cümlədən turizm baxımından gələcəyi yalnız Ukraynanın tərkibində mümkündür". 

Rusiya prezidenti Vladimir Putin Krıma gələrək Dövlət Şurasında turizm məsələlərinə həsr edilmiş iclas keçirir.


Rusiya Krımı 2014-cü ilin mart ayında ilhaq edib. Bu, beynəlxalq ictimaiyyətin, o cümlədən Ukrayna rəhbərliyinin sərt tənqidinə səbəb olub. Ukrayna hələ də yarımadanı Ukraynanın bir hissəsi sayır. 

Krımın ilhaqı Rusiyaya qarşı ABŞ və Avropa Birliyinin sanksiyalarına səbəb oldu. Rəsmi Kiyev dəfələrlə Rusiyanı Donbas seperatçılarını dəstəkləməkdə günahlandırıb. Amma Moskva dəfələrlə bunu təkzib edib. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar