Putin Bülbüloğluna ordeni təqdim etdi (FOTO)
22.05.2015 737 0.0 0

Rusiya Prezidenti Vladimir Putin mayın 21-də Kremlin Yekaterina salonunda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluya Rusiya Federasiyasının “Şərəf” ordenini təqdim edib.

AzərTac-ın məlumatına görə, yüksək mükafata görə Rusiya Prezidentinə minnətdarlığını bildirən Polad Bülbüloğlu deyib: “Mən başa düşürəm ki, “Şərəf” ordenini Sizdən, Rusiya Federasiyasının Prezidentindən, dərin ehtiram bəslədiyimiz bir şəxsdən qəbul etmək çox böyük şərəfdir. Mən Sizə cansağlığı, böyük Rusiya naminə uğurlar arzu edirəm”.

Rusiya Prezidenti xalq təsərrüfatının müxtəlif sahələrində və humanitar sahədə fərqlənən başqa şəxslərə də “Vətən qarşısında xidmətlərə görə”, “Aleksandr Nevski”, “İgidlik”, “Hərbi xidmətlərə görə”, “Şərəf” və “Dostluq” ordenləri təqdim edib. Mükafatlandırılan şəxslər arasında mədəniyyət və elm xadimləri, diplomatlar, siyasətçilər, dini təşkilatların nümayəndələri, ictimai xadimlər, idmançılar, kosmonavtlar, biznesmenlər, kənd təsərrüfatı işçiləri və yüksək texnologiyalar sahələrinin mütəxəssisləri var.

Rusiya Prezidenti Vladimir Putin səmərəli və yaradıcı əməyinə, öz ölkəsinə, öz işinə sədaqətinə, sanballı nəticələrinə görə mükafatlandırılan şəxslərin hamısına təşəkkürünü bildirərək deyib: “Sizin kimi insanlar sevimli işi ilə məşğul olur və yüksək nəticələr əldə edirlər. Xoşbəxtlik də elə budur. Bu, həyatdan zövq almağa imkan verir. Üstəlik, bu, bizim bütün vətəndaşlarımız üçün gözəl nümunədir”./anspress/

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar